Ukraynanın xarici işlər naziri Andrey Deşitsa ola bilər
27 fevral 2014 11:25 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Andrey Deşitsa ola bilər

Fevralın 27-də axşam Kiyevin Müstəqillik Meydanında (Maydan Nezalejnosti) yeni Nazirlər Kabinetinin tərkibi əhaliyə təqdim edilib.


 

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, xarici işlər naziri vəzifəsinə Ukraynanın 2013-cü ildə ATƏT-ə sədrliyi dövründə fəaliyyətdə olan sədrin münaqişələr üzrə xüsusi nümayəndəsi Andrey Deşitsanın namizədliyi irəli sürülüb.

 

A. Deşitsa Azərbaycan  diplomatik dairələrində yaxından tanınan və Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, keçmiş SSRİ ərazisindəki münaqişələr barədə məlumatlı olan təcrübəli diplomatdır. O, XİN-də çalışmasına baxmayaraq, Ukraynada son Maydan hərəkatına açıq dəstək ifadə etmişdi.

 

A. Deşitsa Lvovda doğulub və 48 yaşı var. İvan Franko adına Lvov Dövlət Universitetini və Kanadanın Albert Universitetini bitirib. Ukraynanın Finlandiya və İslandiyadakı səfiri olub.   

 

# 669
avatar

Oxşar yazılar