İyunun 7-də Türkiyənin aparıcı elektron ticarət saytlarının təmsilçiləri Bakıda ustad dərsləri ilə çıxış edəcəklər.
“APA-Economics”in xəbərinə görə, “Central Business School” (CBS) nəzdində keçiriləcək “eTicarət master class” “Digitera” şirkəti tərəfindən təşkil olunub.
Tədbir ölkəmizdə elektron ticarət sahəsinə yaranan maraq və eTicarət-in Azərbaycan bazarı üçün önəmli bir sahə olmasını nəzərə alaraq keçirilir.
Sahibinden.com, Markafoni.com, Doğan Online, Evmanya.com, Akakce.com, KobiMaster kimi iri ticarət platformalarının mütəxəssisləri ölkəmizdə bu sahədə çalışan və karyera qurmaq istəyənlərlə təcrübə və biliklərini bölüşəcəklər.
Tədbirdə Azərbaycandan Rəşad Camal (shopera.az) və Elşad Yusifli (“Retargeting” by spot.az) çıxış edəcəklər.
eTicarət sahəsi üzrə real və zəngin təcrübələri birinci şəxslərdən dinləmək və geniş biznes networking qazanmaq istəyən hər kəs “eTicarət Master Class”-da iştirak edə bilər.
Tədbirin mövzuları bunlardır: eTicarət-ə ümumi baxış, eTicarət-də iş modelləri, eTicarət-də brend mövqeləndirilməsi, eTicarət-də loqistika və əməliyyat idarəetməsi, eTicarət-də iş planının qurulması, eTicarət-də müştəri təcrübəsi yaratmaq.
“eTicarət Master Class” tədbirinin sponsorları shopera.az, Msntour, Qutechnopark, informasiya tərəfdaşı isə “APA Holding”dir.
Tədbirdə iştirak etmək üçün biletləri shopera.az saytından sifariş edə və ya 050 282 00 14, 012 511 26 95 nömrələrlə əlaqə saxlayaraq əldə etmək olar.