Türkiyənin baş naziri Azərbaycan qazından danışdı
31 oktyabr 2014 10:49 (UTC +04:00)

Türkiyənin baş naziri Azərbaycan qazından danışdı

0

"Enerjinin İpək Yolu adlandırılan TANAP layihəsini Türkiyə ilə Azərbaycan əl-ələ verərək, xəyallardan gerçəyə çevirə bildi”. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu baş nazir Əhməd Davudoğlu bildirib.

O qeyd edib ki, bu layihə vasitəsi ilə Azərbaycan qazı Gürcüstan üzərindən Türkiyəyə nəql ediləcək: “16 milyard kub metrlik qazın 6 milyard kubmetri Türkiyədə qalacaq, qalan hissəsi isə buradan Avropaya paylanacaq”.

Türkiyəli baş nazirin sözlərinə görə,  7 milyard dollarlıq TANAP qaz kəməri TANAP 2018-ci ildə işə salınacaq: “Bütün layihə isə 6 il içində tamamlanacaq"-deyə, əlavə edib.

Davudoğlu onu da qeyd edib ki, qeydolunan layihə ölkələri bir-birlərinə yaxınlaşdıran bir sülh layihəsi olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 690

Oxşar yazılar