Torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qanuna dəyişiklik edildi
17 iyun 2014 17:05 (UTC +04:00)

Torpaqların dövlət ehtiyacları üçün alınmasına dair qanuna dəyişiklik edildi

Prezident İlham Əliyev “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın xəbərinə görə, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb.

 

Habelə Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir.

 

Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanuna uyğunlaşdırılmasını təmin etməlidir və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

 

Bu Qanuna əsasən ödənilən hər hansı kompensasiyaya görə heç bir rüsum və ya dövlətin xeyrinə alınan hər hansı digər ödəniş (vergi istisna olmaqla) tutulmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2049
avatar

Oxşar yazılar