Tiflisdə TAP layihəsinin tikintisi ilə bağlı görüş keçirilib
23 aprel 2014 23:20 (UTC +04:00)

Tiflisdə TAP layihəsinin tikintisi ilə bağlı görüş keçirilib

Bu gün Gürcüstanın energetika naziri Kaxa Kaladze Tiflisdə Azərbaycan qazını Türkiyə ərazisindən keçməklə Avropaya daşıyacaq Trans-Adriatik qaz kəməri (TAP) layihəsi tikintisinin şirkət aksionerlərinin nümayəndələri ilə görüşüb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə TAP layihəsinin Direktorlar Şurasının sədri, “Statoil” şirkətinin vitse- prezidenti Ketil Tunqland, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn iştirak edib.

 

Görüşdə tərəflərin qaz kəməri tikintisinin həyata keçirilməsində Gürcüstanla əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə qeyd olunub ki, layihənin gerçəkləşməsi sayəsində qaz Xəzər regionundan İtaliyaya, sonra isə Qərbi Avropaya ötürüləcək. Məlumata görə, ilk ildə layihənin gücü 10 milyard kubmetr, sonrakı illərdə 20 milyard kubmetr təbii qaz ötürməyə çatdırılacaq.

 

Qeyd edək ki, TAP layihəsi tikintisinin şirkət aksionerləri “Statoil”, ARDNŞ, BP-i və başqa şirkətlərdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar