Ticarət şəbəkələrində yoxlama
14 yanvar 2015 17:05 (UTC +04:00)

Ticarət şəbəkələrində yoxlama

0

Ötən il respublika ərazisində yerləşən ticarət şəbəkələrindən seçmə üsulu ilə ümumilikdə 399 adda məhsul nümunəsi alınaraq sınaqları aparılması üçün aidiyyəti laboratoriyalara təqdim edilib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, bunlardan 244-ü idxal edilən, 155-i ölkədə istehsal olunan məhsul nümunələrinin payına düşür. Bu məhsul nümunələrinin 9 faizinin sınaq nəticələri qeyri-qənaətbəxş olub.

Dövlət nəzarəti aparılan təsərrüfat subyektlərində 23536 ədəd ölçmə vasitəsinin yoxlamadan keçmədiyi, 1043 adda məhsulun uyğunluq sertifikatı olmadan istehsal olunduğu aşkar edilib. Həmçinin istehlakçılar tərəfindən quruma daxil olmuş 140-dan artıq şikayət məktubu yerində araşdırılaraq, hüquqları bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar