Hazırda Azərbaycan Tarif (qiymət) Şurasının iclasının keçirilməsi ilə bağlı KİV-də yayılan məlumatlar həqiqətə uyğun deyil.
Bu barədə «APA-Economics»ə Tarif Şurasından məlumat verilib.
Şuradan bildirilib ki, bəzi KİV orqanlarında bu gün Bakıda Tarif Şurasının iclasının keçirilməsi və həmin iclasda ölkədə elektrik enerjisi, su-kanalizasiya xidmətləri və ictimai nəqliyyatda gediş haqları ilə bağlı məsələnin müzakirəyə çıxarılması ilə bağlı yer alan məlumatlar yanlışdır.
«Azərbaycanda kommunal və digər xidmətlərin mövcud tariflərinin dəyişdirilməsi məsələsi gündəmdə deyil və Tarif Şurasında müzakirə olunmur», - deyə Şuradan bildirib.