TANAP-ın Türkiyə hissəsini inşa edəcək şirkətlər müəyyənləşdi
23 dekabr 2014 15:40 (UTC +04:00)

TANAP-ın Türkiyə hissəsini inşa edəcək şirkətlər müəyyənləşdi

0

Türkiyə ərazisində TANAP qaz kəmərinin inşasını həyata keçirəcək şirkətlər seçilib.


 

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, «Şahdəniz-2» layihəsi çərçivəsində çıxarılacaq təbii qazın Türkiyə üzərindən Avropaya nəqlini həyata keçirəcək TANAP boru kəmərinin inşası ilə bağlı «TANAPDoğalqaz İletim A.Ş» şirkəti tərəfindən açılan 3 lot üzrə tenderin qaliblərinin adları açıqlanıb.

 

Boru xəttinin Gürcüstan sərhədindən Əskişəhərə qədər olan 1337 km-lik hissəsinin inşası ilə bağlı bu ilin aprel ayında elan edilmiş tenderə 15 yerli və xarici şirkət dəvət olunub.

 

Tenderin yekunlarına əsasən birinci lot üzrə kəmərin 375 km-lik hissəsinin (Ərdahan-Posof-Türkgözü-Ərzurum -Askala) inşasını «Fernas İnşaat A.Ş», ikinci lot üzrə 375-825 km-ləri əhatə edən hissəsinin (Ərzurum-Askala-Sivas-Yıldızeli) inşasını «Sicim-Yüksəl-Akkord» ortaqlığı, üçüncü lot üzrə 825-1334 km-ləri əhatə edən hissəsinin (Sivas-Yıldızeli-Əskişəhər-Seyidqazi) inşasını isə «TEKFEN İnşaat və Tesisat A.Ş» şirkətləri həyata keçirəcək.

 

Qeyd edək ki, TANAP layihəsi çərçivəsində inşa olunacaq qaz kəməri Azərbaycanın “Şahdəniz” yatağından çıxan qazın Gürcüstan-Türkiyə-Yunanıstan-Albaniya-İtaliya marşrutu üzrə nəqlini nəzərdə tutur. Kəmər vasitəsilə Türkiyəyə 6 mlrd. kubmetr, Avropaya isə 10 mlrd. kubmetr həcmində qaz nəql ediləcək. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 267

Oxşar yazılar