Səyahət sənədi blankları haqda qərar verilib
03 iyul 2014 10:50 (UTC +04:00)

Səyahət sənədi blankları haqda qərar verilib

0

 

Baş nazir “Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası”nın təsdiq edilməsi haqqında qərar verib. Bu barədə Lent.az-a Nazirlər kabinetindən məlumat verilib.

 

Qərar “Səyahət sənədi haqqında” prezidentin 2014-cü il  2 aprel tarixli fərmanının icrasını təmin etmək məqsədi ilə verilib.

 

Bununla da “Səyahət sənədi blanklarının ciddi hesabat sənədi kimi uçotu Qaydası” təsdiq edilib.

Qərarda Maliyyə Nazirliyinə tapşırılıb ki, səyahət sənədi blanklarının qanunvericiliklə müəyyən edilmiş qaydada hazırlanmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 870

Oxşar yazılar