Səbail rayonunda 9 ayın yekunları müzakirə edilib
13 oktyabr 2014 14:33 (UTC +04:00)

Səbail rayonunda 9 ayın yekunları müzakirə edilib

0

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin bu ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın iclasında ətraflı müzakirə olunub.

Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin 9 ayının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd edib ki, 9 ay ərzində ölkəmiz dinamik inkişaf edib.

Hesabat dövründə Səbail rayonu üzrə iri sənaye  müəssisələri tərəfindən 16 milyard 931,4 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 % çox sənaye məhsulu istehsal edilmişdir və xidmətlər göstərilib.

Nəqliyyat müəssisələri tərəfindən 350,5 milyon manatlıq nəqliyyat xidmətləri göstərilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,4 % çoxdur. Rabitə müəssisələri tərəfindən 156,1 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövrü ərzində   Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binası istifadəyə verilmiş, 2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasında aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq   yeni yarımstansiya şəbəkəyə qoşulmuş və Badamdar qəsəbəsində  yeni İdman Kompleksinin və 3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.

Ha­zır­da rayon ərazisində Su İdmanı sarayının, «Alov qüllələri» kompleksinin, "Xəzər Waterfront" istirahət-əyləncə-alış-veriş mərkəzinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, yeni «İnterkontinental» mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, kütləvi informasiya vasitələri işçiləri üçün daha bir yeni binanın tikintisi davam edir. 

İclasda RİH-nin şöbə müdiri Qabil Vahidov, Gənclər və İdman İdarəsinin rəisi Vüqar Mürsəlov, rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova və başqaları çıxış ediblər. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 821

Oxşar yazılar