Nazirə şikayət etdilər
30 oktyabr 2014 14:33 (UTC +04:00)

Nazirə şikayət etdilər

Vergilər naziri Fazil Məmmədov Salyan bu rayonun, eləcə də Neftçala və Saatlıdan olan vətəndaşlar üçün qəbul keçirib. Nazirlikdən Lent.az-a verilən məlumata görə, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi ödəyicilərinə göstərilən xidmətlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və digər məsələlərlə bağlı 40-dan çox vətəndaşın müraciətinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 837

Oxşar yazılar