Rusiyaya gedən bəzi qatarların hərəkəti dayandırılır
08 dekabr 2014 11:58 (UTC +04:00)

Rusiyaya gedən bəzi qatarların hərəkəti dayandırılır

Azərbaycana şimal istiqamətində bəzi sərnişin qatarlarının hərəkəti dayandırılır.

 “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, dekabrın 16-dan şimal istiqamətində hərəkət edən, «Rusiya Dəmir Yolları» ASC-yə məxsus bəzi sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılacaq. 

 Belə ki, «Rusiya Dəmir Yolları» ASC-nin məlumatına əsasən,   dekabrın 16-dan  etibarən Rusiya dəmir yollarına məxsus 392/391 №-li Rostov-Bakı, 18.12.2014-cü ildən etibarən 374/373 №-li Tümen-Bakı, 20.12.2014-cü ildən etibarən isə 96/95 №-li Moskva-Bakı sərnişin qatarlarının hərəkəti, iqtisadi cəhətdən səmərəli olmadığına görə dayandırılması nəzərdə tutulub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları  Departamenti sərnişinlərin nəzərinə çatdırır ki, Tümen-Bakı sərnişin qatarının əvəzinə dekabrın 14-dən etibarən, 373-/374 №-li Tümen-Mahaçqala qatarı təyin olunacaqdır. Həmin qatara və Rusiya və MDB Dəmir Yolları ərazisində hərəkət edən digər  sərnişin qatarlarına bilet satışı Bakı-sərnişin stansiyasının 2 №-li kassasından  həyata keçiriləcək.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus 55-56 saylı Bakı-Moskva sərnişin qatarı həftənin 4-cü günləri, Bakı-Xarkov sərnişin qatarı isə dörd gündən bir – cədvəl üzrə - hərəkətdə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252

Oxşar yazılar