İran və Rusiya iki ölkə arasında elektrik şəbəkəsinin yaradılmasına dair danışıqlar aparır.
"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə İranda rəsmi səfərdə olan Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
Onun sözlərinə görə, elektrik şəbəkəsi Azərbaycan üzərindən keçəcək.
İran hökumətindəki mənbə isə bildirib ki, Rusiya, İran, Azərbaycan, Ermənistan və Gürcüstan bu ölkələr arasında elektrik şəbəkəsinin yaradılmasını aprel ayında Tbilisidə müzakirə edəcək.