Rövnəq Abdullayev “'Total”-la “Şahdəniz”, TANAP və “Abşeron”u müzakirə edib
15 yanvar 2013 18:28 (UTC +04:00)

Rövnəq Abdullayev “'Total”-la “Şahdəniz”, TANAP və “Abşeron”u müzakirə edib

ARDNŞ prezidenti Rövnəq Abdullayev “'Total E&P”nin Kontinental Avropa və Mərkəzi Asiya üzrə baş vitse-prezidenti Maykl Borrel və “Total-Azərbaycan” şirkətinin baş meneceri Kristian Qyudiçellini qəbul edib.

 

Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev onları Yeni il münasibətilə təbrik edib.

 

Maykl Borrell yeni ildə Azərbaycan neft-qaz sənayesinin daha böyük uğurlar qazanacağına əminliyini bildirib. Görüşdə “Şahdəniz” yatağının işlənilməsinin 2-ci fazasına hazırlıq işləri, Azərbaycanda hasil olunan təbii qazın nəqli məsələləri və bu çərçivədə TANAP layihəsi, habelə “Abşeron” yatağının işlənilməsi konsepsiyası üzrə ilkin baxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər görülən işlərdən razılıq ifadə edib, qarşıda duran vəzifələrdən danışıblar. 

 

# 792
avatar

Oxşar yazılar