"YouTube"da ən çox baxış rekordu:  Castin Biberi üstələdilər
02 may 2024 11:58 (UTC +04:00)

"YouTube"da ən çox baxış rekordu: Castin Biberi üstələdilər

Ötən ilin aprelində məlum olub ki, Cənubi Koreyanın “BlackPink” pop qrupunun "YouTube"dakı kanalı musiqi qrupları arasında ən çox baxılan kanal olub.

Lent.az xaricdi KİV-ə istinadən xəbər verir ki, bu hadisə qızların Ginnesin Rekordlar Kitabına düşməsinə imkan verib.

10 aprel 2024-cü il tarixinə qrupun kanalında video baxışlarının sayı 30 milyardı ötüb. "BlackPink" qrupunun üzvləri kanadalı müğənni Castin Biberi belə üstələyiblər.

Xatırladaq ki, Cənubi Koreyalı ifaçıların kanalı 2016-cı ilin iyununda yaradılıb. Bu günə kimi onun abunəçilərinin sayı 93,6 milyon nəfərdir. Qeyd edək ki, BlackPink 21-ci dəfə Ginnesin Rekordlar Kitabına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Fidan İlqar

Oxşar yazılar