Türkiyədə kişi keçmiş arvadının yeni ərini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Çorum şəhərinin İskilip qəsəbəsində baş verib. Küçədə Murat Ç. 2 il əvvəl boşandığı arvadığı Emine Sungur və yeni əri Fatih Sungurla qarşılaşıb. Bu zaman tərəflər arasında mübahisə yaranıb və davaya çevrilib. Dava zamanı Murat Ç. Üzərindəki bıçaqla Fatih Sungura xəsarətlər yetirib.
Həmçinin cütlüyün qonaq getdikləri Ramazan və Şerife Balaban cütlüyü də onları ayırmağa gəliblər. Murat Ç. onların hər ikisini bıçaqla yaralayıb.
Nəticədə Fatih Sungur aldığı xəsarətlərdən hadisə yerində, Şerife Balaban isə xəstəxanada ölüblər. Digər yaralı Ramazan Balabanın isə müalicəsi davam edir.
Polis hadisə yerindən qaçan Murat Ç.-ni saxlayaraq, təcridxanaya yerləşdirib.
Məlum olub ki, Murat Ç. Fatih Sungur və Emine Sungur cütlüyü ilə həmin gün dalaşıblar. Polis onu saxlasa da, sonradan sərbəst buraxıb.