Şokoladda nə olmalıdır?  - Əslini seçmək üsulu
02 may 2024 12:31 (UTC +04:00)

Şokoladda nə olmalıdır? - Əslini seçmək üsulu

Keyfiyyətli şokoladı seçmək üçün etiketi diqqətlə oxumaq lazımdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “United Confectioners” holdinqinin direktoru Yuliya Jukova bizə şokoladda nələrin olması lazım olduğunu söyləyib.

Şokoladın tərkibi necə olmalıdır?

Ekspertin dediyi kimi, ideal şokolad sürtgəcdən keçirilmiş kakao, şəkər və kakao yağından ibarət olmalıdır - əgər tünd şokoladdırsa.
Südlünün tərkibində süd tozu da var. Bundan əlavə, tərkibdə vanilin, lesitin və digər əlavələr ola bilər.

Əlavə olaraq, etiketdə aşağıdakılar olmalıdır: istehsal və son istifadə tarixi, saxlama şəraiti və GMO-nun mövcudluğu haqqında məlumat, əgər məhsul QOST-a uyğun istehsal edilmişdirsə - standart təyinatlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2940
avatar

Fidan İlqar

Oxşar yazılar