Prezident İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak edib. Lent.az-ın məlumatına görə, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlət başçısına kombinatın iş strukturu barədə məlumat verib. Qeyd edilib ki, prezident İlham Əliyevin tapşırıqlarına əsasən kombinatda yeni və müasir texnologiyalar tətbiq olunub.
Prezident İlham Əliyev kombinatı işə salıb.
Sonra Prezident İlham Əliyev müəssisə haqqında ümumi məlumatı, kağız tədarükü məntəqələrini, kağızın təkrar emalı layihələrini əks etdirən stendlərə, eləcə də kombinatın və Xırdalandakı karton fabrikinin hazır məhsullarına baxıb.
Prezident bu gün həmçinin “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak edib.