APA-nın verdiyi xəbərə görə, fərmana əsasən ARDNF-ın 2014-cü il büdcəsinin gəlirləri 11 626 943,4 min manat, xərcləri 11 349 934,8 min manat məbləğində təsdiq edilib.
Prezident “2014-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)” və “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü ildə idarə edilməsi ilə bağlı xərclər smetası”nı da təsdiqləyib. ARDNF-a bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.