Prezident İlham Əliyev yanvarın 23-də Davosda “GDF Suez” şirkətinin baş icraçı direktoru Jerar Mestrale ilə görüşüb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, görüşdə ölkəmizlə Fransa arasında çeşidli sahələrdə yüksək səviyyəli əməkdaşlığın yaxşı perspektivlərinin olduğu qeyd edilib, bu əlaqələrin inkişafında “GDF Suez” şirkətinin də xüsusi rolu vurğulanıb.
Söhbət zamanı “GDF Suez” şirkəti ilə “Abşeron” qaz yatağı üzrə görülən işlərdən məmnunluq ifadə olunub və başqa sahələrdə əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.