Prezident İlham Əliyev yanvarın 22-də Davosda Fransanın “Airbus Group International” şirkətinin baş icraçı direktoru Jan Pyer Talamoni ilə görüşüb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, görüşdə Azərbaycan ilə Fransa arasında əlaqələrin sürətlə inkişaf etdiyi bildirilib, iqtisadi, o cümlədən kosmos sənayesi sahəsində əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olunub.
Görüşdə ölkəmizin uyğun qurumları ilə “Airbus Group International” şirkəti arasında əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə edilib.