Bu ilin yanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 6 milyard 245 milyon 438,8 min manat təşkil edib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Bu məbləğin 37,9 faizi mənfəət vergisinin, 24,7 faizi əlavə dəyər vergisinin, 12 faizi fiziki şəxslərin gəlir vergisinin, 7,5 faizi aksizlərin, 17,9 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 409 milyon 293,5 min manat vəsait daxil olub. Yanvar-noyabr aylarında respublika üzrə 66 min 162 vergi ödəyicisi, o cümlədən elektron qaydada 30 min 221 (45,7 faiz) vergi ödəyicisi qeydiyyata alınıb.
Qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 533 min 93 təşkil edir.