Noyabrın 4-də 2015-ci ilin  büdcə layihəsinin müzakirəsinə başlayır
24 oktyabr 2014 13:10 (UTC +04:00)

Noyabrın 4-də 2015-ci ilin büdcə layihəsinin müzakirəsinə başlayır

0
Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə müzakirəyə çıxarılma vaxtları məlum olub.

Parlamentdən APA-ya verilən məlumata görə, büdcə zərfi İqtisadi siyasət komitəsi başda olmaqla komitələrin birgə iclasına 4, 5 və 6 noyabrda, komitələrin müzakirəsindən keçəcəyi təqdirdə isə noyabrın 18, 19, 20 və 21-də plenar iclasda müzakirəyə çıxarılacaq.

 

Büdcə zərfinə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” və “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında” qanunu daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 677

Oxşar yazılar