Neftin qiyməti 50 dollara düşdü
06 yanvar 2015 09:50 (UTC +04:00)

Neftin qiyməti 50 dollara düşdü

0
Dünya bazarlarında neftin qiymət ucuzlaşmaqda davam edir.

 

APA-Economics”in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti sonuncu hərraclarda 1 barelə görə 50,14 dollar təşkil edib.

 

London birjasında isə Brent markalı neftin 1 barelinin dəyəri 53,27 dollara enib.

 

Bununla da, “qara qızıl”ın dəyəri 2009-cu ilin may ayından etibarən ən aşağı səviyyəyə düşüb.

 

Analitiklər hesab edir ki, neftin kəskin ucuzlaşmasına səbəb dünyada “qara qızıl”a tələbatın azalmasına baxmayaraq istehsalın artırılmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar