Neftin qiyməti 39 dollar ətrafında sabitləşir
Birjalarda neftin qiyməti 39 dollar ətrafında sabitləşməkdədir. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin 1 bareli 39.12 dollardan satılıb ki, bu da dünənki qiymətlərə yaxındır.
Qərbi Texas neftinin də qiymətində gün ərzində dəyişiklik olmayıb. WTI nefti hazırda 36,86 dollardan satılır.
Ekspertlər bazarın gözləmə mövqeyində olduğunu, ABŞ Federal Ehtiyat Sisteminin bu gün açıqlanacaq qərarına kökləndiyini qeyd edir. FES dolların uçot dərəcəsi ilə bağlı qərarını axşam saatlarında açıqlayacaq.
1931