Neft quyularına uzaqdan nəzarət edən yeni sistem yaradılıb
06 fevral 2014 16:43 (UTC +04:00)

Neft quyularına uzaqdan nəzarət edən yeni sistem yaradılıb

Azərbaycanda neft quyularına uzaqdan nəzarət edə bilən yeni sistem yaradılıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru, akademik Telman Əliyev APA-ya açıqlamasında deyib ki, yeni sistemə əsasən, neft quyuları uzaq məsafədən distansion nəzarət-idarə sistemləri vasitəsilə idarə edilir. Onun sözlərinə görə, hazırda yeni sistem Bibiheybət Neftqazçıxarma İdarəsində yerləşən 35 quyuda tətbiq edilib: “Gələcəkdə həmin sistemin Azərbaycanın daha geniş ərazilərində tətbiq edilməsi ehtimalı var. Yenilik neft quyularında rentabelliyi iki dəfəyədək yaxşılaşdırmağa imkan verir. Çox böyük layihədir və iqtisadi səmərə verir. Uzaq məsafədən neft quyularında nəzarət-idarəetməni həyata keçirən yeni sistem onların çox optimal və səmərəli işləməsini təmin edir. Nəticədə elektrik enerjisinə çox böyük qənaət olur, obyektin rentabelliyi 2 dəfəyədək yaxşılaşır. Rentabelliyi artırmaq üçün institutda yaradılan yeni texnologiyanın tətbiqi uzaq məsafədən quyunun həm işinə nəzarət etməyə, həm baş verə biləcək qəzaların gizli dövrünü aşkarlamağa, həm də quyunun səmərəli rejimdə işləməsinə imkan verir”.

 

T. Əliyev qeyd edib ki, gələcəkdə yeni sistemin daha hansı ərazilərdə yerləşdirilməsini Azərbaycan Respublikası Dövlət Neft Şirkəti müəyyənləşdirəcək və sifarişi onlar verəcəklər. Onun sözlərinə görə, sistemin geniş tətbiqi üçün onun istehsalına böyük ehtiyac var. Gələcəkdə sistemin istehsalı Dövlət Neft Şirkəti tərəfindən həyata keçirilə bilər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684
avatar

Oxşar yazılar