Neft həftəyə 40,47 dollarla başladı
14 mart 2016 10:37 (UTC +04:00)

Neft həftəyə 40,47 dollarla başladı

Dünya birjalarında həftənin ilk seanslarında “Brent” markalı neftin 1 bareli 40,47 dollardan satılıb. Bu, ötən həftə qeydə alınan son qiymətdən 15 sent ucuzdur. Qərbi Texas nefti isə həftəsonuna nisbətən ucuzlaşıb. Ötən həftə WTI neftinin qiyməti üç aylıq maksimuma çatsa da, bu gün yenidən ucuzlaşıb. Hazırda birjalarda Qərbi Texas neftinin bir bareli 38,33 dollardan satılır. Bu, ötən həftəyə nisbətən 16 sent ucuzdur. Ekspertlər həftə ərzində neftin qiyməti ilə bağlı proqnoz verməyin tez olduğunu düşünürlər. Neftin bu həftəki qiymətləri ABŞ Federal Ehtiyat Sisteminin dolların faiz dərəcəsi ilə bağlı qərarından da əhəmiyyətli dərəcədə asılı olacaq. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 302
avatar

Oxşar yazılar