Neft bahalaşır, “Brent”in qiyməti 37 dolları keçdi
04 mart 2016 10:27 (UTC +04:00)

Neft bahalaşır, “Brent”in qiyməti 37 dolları keçdi

Dünən gün ərzində enmə trendində olan neft axşam saatlarından başlayaraq yenidən bahalaşıb.
 
APA TV-nin məlumatına görə, birjaların səhər seanslarında “Brent” markalı neftin 1 bareli 37,30 dollardan satılıb. Bu həm həftənin, həm də 2016-cı ilin ən yüksək qiymətləridir.
 
Qərbi Texas nefti isə həftəlik yüksək qiymət həddini saxlamaqdadır. Birjalarda may ayı üçün bağlanan fyüçerslərdə WTI neftinin qiyməti 34,80 dollardan müəyyənləşib.
 
Axşam saatlarında WTI nefti 35,13 dollardan satılsa da, bu gün yenidən 24 saat əvvəlki həddə qayıdıb. Treyderlər neftin qiymətlərinin bu gün nisbətən də bahalaşacağını ehtimal edirlər.
 
Qeyd edək ki, bu gün birjalarda  həftənin son iş günüdür. Bu, qiymətlərə təsir göstərən amillərdən biri sayılır. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Oxşar yazılar