Süni qiymət artıran 3 market cəzalandırıldı - <span style="color:red;">YENİLƏNİB
02 mart 2015 17:52 (UTC +04:00)

Süni qiymət artıran 3 market cəzalandırıldı - YENİLƏNİB

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus “Ümid” marketdə və Nərimanov rayonu, F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanıb. Bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib. Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görülüb.

 

 

***** 

15:59

İstehlakçıların qiymətdə aldadılması hallarının qarşısı alınır. İqtisadiyyat və Sənaye Nazirliyindən Lent.az-a verilən məlumata görə, istehlak bazarında süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılmasının və əsassız qiymət artımının, istehlakçıların qiymətdə və çəkidə aldadılmasının qarşısının alınması məqsədilə nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət tədbirləri davam etdirilir.

Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, 103, 2380-cı məhəllə ünvanında fiziki şəxs İsa Əliyevə məxsus “Şokmart” marketdə aparılan yoxlama zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərqlərin olduğu, bununla da əsassız qiymət artımına yol verilməklə istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 197

Oxşar yazılar