Nazirlikdə struktur dəyişikliyi gözlənilir
10 may 2014 12:50 (UTC +04:00)

Nazirlikdə struktur dəyişikliyi gözlənilir

 Azərbaycanın hər bir rayon və şəhərində Kənd Təsərrüfatı Nazirliyinin ərazi idarələri yaradılacaq.

 

APA-Economics” xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev məlumat verib.

 

Nazir müavini deyib ki, ölkədə fermerlərin sayı artıb, bu ərazi idarələri fermerlərə işlərində yardım edəcək.

 

“Ölkənin şəhər və rayonlarında yaradılacaq ərazi idarələri fermerlərə xidmət, subsidiyaların verilməsinin təkmilləşdirilməsi kimi məsələlərin həllinə köməklik göstərəcək”, - deyə o bildirib.

 

İ. Quliyev əlavə edib ki, hazırda məsələ ilə bağlı struktur qurulur, layihə hazır olduqdan sonra hökumətə təqdim ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2494
avatar

Oxşar yazılar