Nazirlik taksi sürücülərini cəzalandırdı
10 yanvar 2014 14:48 (UTC +04:00)

Nazirlik taksi sürücülərini cəzalandırdı

Vergilər Nazirliyi operativ nəzarət tədbirləri haqqında məlumat yayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, tədbirlər zamanı 5 min 244 vergi ödəyicisi tərəfindən 3 min 371 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi məlum olub.

2 min 423 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 727 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış 17 min 170 ədəd mal olduğu aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar