İqtisadiyyat və Sənaye Nazirliyi yeni müsabiqə elan edib. Bu barədə Lent.az-a Nazirlikdən məlumat verilib.
Müsabiqə kadr ehtiyatı yaratmaq məqsədilə sənayenin müxtəlif sahələri üzrə ali təhsilli və bu sahədə azı 5 il iş təcrübəsi olan şəxslər üçün təşkil olunub.
Belə ki, müsabiqədə iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqi, tərcümeyi-hal, ali təhsil haqqında sənədin surəti, əmək kitabçasının surəti, müvafiq bilik və ya ixtisasartırma sertifikatlarının (olduğu halda) surəti və 4x6 sm ölçüdə 1 ədəd fotoşəkil sənədləri bu ilin mayın 20-dək nazirliyə təqdim etməlidir.
Sənədlər həftənin iş günləri saat 9:00-dan 18:00-dək qəbul olunur. Əlavə məlumatı nazirliyin insan resursları şöbəsindən almaq olar.