Nazirlik: Qonşu ölkələr çaylarımızı çirkləndirir
13 yanvar 2014 11:46 (UTC +04:00)

Nazirlik: Qonşu ölkələr çaylarımızı çirkləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz trans-sərhəd çaylarında keçirilən monitorinqlərin nəticələrini açıqlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz trans-sərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə yanvar ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib. Yanvar ayının birinci ongünlüyündə Kür çayında suyun sərfi dekabr ayının üçüncü  ongünlüyünə nisbətən azalıb.

 

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 701

Oxşar yazılar