Nazir sahibkarların problemi ilə maraqlanacaq
15 dekabr 2014 10:20 (UTC +04:00)

Nazir sahibkarların problemi ilə maraqlanacaq

0

Vergilər naziri Fazil Məmmədov Xırdalan şəhərində vətəndaşları qəbul edəcək. Vergilər Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazir dekabrın 19-da Xırdalanda Abşeron, Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.


Qəbulda iştirak etmək istəyən vətəndaşlar Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzi, 2 saylı Ərazi Vergilər Departamenti (əlaqələndirici şəxs – Məmmədova Zülfiyyə Əvəz qızı, əlaqə telefonu: (018) 642-44-10, (012) 497-62-91 mobil (050) 3787438), Sumqayıt şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Qiyasov Faiq Mirağa oğlu, əlaqə telefonu: (018) 642-29-00, mobil (055) 520-11-54), Siyəzən rayonu vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Şükürov Adil Əhliman oğlu, əlaqə telefonu: (023) 304-30-34, mobil (055) 607-30-08) və Xırdalan şəhəri vergi ödəyicilərinə xidmət mərkəzi (əlaqələndirici şəxs – Kazımov Zakir Çingiz oğlu, əlaqə telefonu: (012) 342-17-22, mobil (050) 320-73-58) vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar