Nazir müavini qeyri-neft sektorunun inkişafından danışdı
07 fevral 2014 12:01 (UTC +04:00)

Nazir müavini qeyri-neft sektorunun inkişafından danışdı

Gələcəkdə Azərbaycan iqtisadiyyatının inkişafı ilk növbədə qeyri-neft sektorunun inkişafı ilə bağlı olacaq ki, bu da öz növbəsində müəyyən dərəcədə stimullaşdırıcı tədbirlərdən asılı olacaq.

 

«APA-Economics»in xəbər verdiyi kimi, bunu Bakıda keçirilən «Azərbaycanın vergi sistemi: Reallıqlar və perspektivlər» adlı III Vergi Forumunda çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bəyan edib.


Bu stimullaşdırıcı tədbirlərin əsaslarından biri də vergi güzəştlərin tətbiqi ilə bağlıdır ki, nazir müavininin sözlərinə görə, bəzi sahələrdə bu tədbirlər artıq öz müsbət təsirini göstərir. Bura kənd təsərrüfatı, qiymətli kağızlar üzrə dividendlər, bank əmanətləri üzrə faiz gəlirləri, bank, sığorta və təkrar sığorta sahəsində kapitallaşmaya yönəldilən mənfəətin vergidən azad olunması şərtləri aiddir.


Eyni zamanda S.Həsənova qeyd edib ki, vergi güzəştlərinə mütəxəssislərin münasibəti birmənalı deyil: «Beynəlxalq qurumlar tərəfindən ənənəvi qəbul olunmuş yanaşma belədir ki, vergi güzəştləri çox hallarda investisiya səviyyəsinə ciddi təsir etmədən vergi bazasının daralmasına gətirib çıxarır. Dünya Bankı və BVF-nin ekspertləri adətən güzəştlərin ləğvini tələb və ya tövsiyə edir. Lakin ekspertlər qəbul edirlər ki, düzgün qurulmuş və yeni texnologiyalara, habelə tətbiqi araşdırmalara investisiyaları təşviq edən vergi stimulları investisiyaların cəlbinə müsbət təsir göstərir. Bu da ekspertlərin diqqətini güzəştlərin ləğvi tələbindən onların düzgün seçilməsi və düzgün tətbiqinə yönləndirir».

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 991
avatar

Oxşar yazılar