<b>Nazir müavini:</b> "İşimizi Avropa standartları səviyyəsində qurmağa çalışırıq"
24 sentyabr 2014 11:15 (UTC +04:00)

Nazir müavini: "İşimizi Avropa standartları səviyyəsində qurmağa çalışırıq"

"Vergilər Nazirliyi milli vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsinə xüsusi önəm verir və daim bu sahədə mövcud olan qabaqcıl beynəlxalq təcrübəni öyrənərək öz işini yüksək dünya və Avropa standartları səviyyəsində qurmağa çalışır". Lent.az-ın məlumatına görə, bunu vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib. O qeyd edib kİ, son illər bu məqsədlə bir sıra iri layihələr reallaşdırılıb ki, bunlar da ölkə prezidentinin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən modernizasiya siyasətinin göstəricisidir. İnsan resurslarının idarə olunması həmişə prioritet məsələlərdən hesab edilir: "Vergilər Nazirliyi insan resurslarından səmərəli istifadə olunmasını təmin etmək məqsədilə hələ 2004-cü ildə “Dövlət vergi orqanlarında insan resurslarının inkişafı strategiyasının Konsepsiyası”nı qəbul edib”.

 

Nazir müavini konsepsiyada əksini tapmış hədəflərə çatmaq üçün həm daxili, həm də kənar mənbələr hesabına insan resurslarının sistemli şəkildə inkişafının uzunmüddətli strategiyasının hazırlanmasının vacibliyini vurğulayıb.

S. Ələkbərov onu da vurğulayıb ki, işçilərin bilikləri mənimsəməsi, onların motivasiyasının stimullaşdırılması və peşəkar karyera yüksəlişinin təmin olunması üçün şəffaflıq və azad rəqabət prinsipləri əsasında formalaşan, müasir tələblərə və gələcəyə yönəlmiş tənzimləyici normativlər və qaydalar işlənib hazırlanmalıdır.

 

Qeyd edək ki, Bakıda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsi təqdim olunması həsr edilən tədbir keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091

Oxşar yazılar