Bunu APA-ya eksklüziv açıqlamasında müdafiə sənayesi naziri Yavər Camalov deyib.
Nazir bildirib ki, hazırda MSN müəssisələrində tapança, avtomat, snayper tüfəngləri, pulemyotlar, minaatanlar, müxtəlif qumbaraatanlar, lüləaltı qumbaratanlar, həmçinin ov tüfəngləri üçün fərqli çaplarda döyüş sursatları istehsal edilir: “Bizim istehsal etdiyimiz sursatlar öz keyfiyyətinə görə xarici analoqlarından nəinki geri qalmır, hətta bəzi parametrləri baxımından onları üstələyir”.
Y. Camalov qeyd edib ki, yaxın vaxtlarda istifadəyə verilməsi planlaşdırılan zavodlarda tanklar və müxtəlif çaplı artilleriya vasitələri üçün döyüş sursatlarının istehsalı həyata keçiriləcək: “Bununla da qeyd olunan sahədə ordunun tələbatı tam olaraq milli istehsal hesabına qarşılanmış olacaq”.