Musa Pənahov: “Nəqliyyatın problemləri həll olunacaq ”
18 dekabr 2013 12:58 (UTC +04:00)

Musa Pənahov: “Nəqliyyatın problemləri həll olunacaq ”

Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi layihəsinin hazırlanmasına 925 min dollar ayrılıb
 

 

Asiya İnkişaf Bankı (ADB) Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsini nəzərdə tutan layihə hazırlayacaq.


 

Layihənin reallaşması üçün Bank tərəfindən artıq 925 min ABŞ dolları həcmində qrant ayrılıb.

 

ADB-nin Azərbaycandakı nümayəndəliyindən «APA-Economics»ə verilən məlumata görə, bu məqsədlə Bank nümayəndələri Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahovun sədrliyi ilə görüş keçiriblər. Həmin layihədə nəzərdə tutulan proqramın hazırlanması üçün seçilmiş Fransanın konsaltinq şirkəti görüş iştirakçılarına ilkin hesabatı təqdim edib.

 

ADB-nin şəhərsalma üzrə mütəxəssisi David Margonsztern bildirib ki, nəqliyyat sahəsində tədqiqatlar 2014-cü il ərzində də davam etdiriləcək və müxtəlif həll variantları təhlil etmək üçün multimodal nəqliyyat proqnozlaşdırılması modeli hazırlanacaq: «Avtomobil dayanacaqlarının tikintisi strategiyası, nəqliyyat axınının idarə edilməsi tədbirləri, strateji nəqliyyat dəhlizlərində avtobuslar vasitəsilə kütləvi və sürətli tranzit sisteminin yaradılması, paytaxt yol şəbəkəsinin və əsas qovşaqların təkmilləşdirilməsi, ictimai velosiped mübadiləsi sxemləri və digər innovativ və davamlı tədbirlər vasitəsilə Bakı şəhərini tıxac və həddən artıq yüklənmədən azad etmək üçün tövsiyələr hazırlanacaq».

 

D.Margonsztern potensialın gücləndirilməsi məsələsinin də layihənin ayrılmaz hissəsi olduğunu vurğulayıb.

 

Nazir müavini M.Pənahov aparılan tədqiqatların əhəmiyyətinə toxunub və layihə nəticəsində alınacaq məsləhətlər və plan vasitəsilə paytaxt nəqliyyatında mövcud problemlərin həll olunacağına ümid etdiyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1368
avatar

Oxşar yazılar