Azərbaycanda mobil rabitə qiymətlərinin azaldılması istiqamətində dəyişikliklər ediləcək.
Lent.az-ın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə söyləyib.
Elmir Vəlizadə deyib ki, mobil rabitədə xidmətlərin qiymətlərinin azaldılması müzakirə olunur, daim bu istiqamətdə addımlar atılır: “Mobil operatorlar, eyni zamanda dövlət qurumları tərəfindən bu istiqamətdə işlər gedir. Hazırda da bu istiqamətdə müzakirələr aparılır. Müzakirələr başa çatdıqdan sonra konkret və detallı məlumatlar açıqlanacaq. Bu istiqamətdə addımların atılması gözlənilir və mobil rabitə sahəsində qiymətlərdə dəyişikliklər ediləcək”.
Hazırda hökumətdə rəqəmsal televiziya yayımı ilə bağlı aztəminatlı ailələrin dekoderlərlə pulsuz təminatı məsələsinə baxılır.

Mobil rabitə tarifləri azaldılacaq
Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15