Bu ilin yanvar-noyabr aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 361,4 mln. manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.
«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, istehsalın həcmi metallurgiya sənayesində 2,5%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 51,0% azalıb.
Bu ilin yanvar-noyabr ayları ərzində sahə üzrə 1,8 min ton və ya 62,9% çox çuqun tökmə, 58,3 min ton və ya 2,3% çox polad borular, 208,5 min ton və ya 7,1% az armatur istehsal edilib.