Mərkəzi Bankdan kredit qadağası
16 yanvar 2014 12:42 (UTC +04:00)

Mərkəzi Bankdan kredit qadağası

Azərbaycan Mərkəzi Bankı ölkənin kommersiya banklarına iş yerindən arayış təqdim etmədən vətəndaşlara nağd pul kredit verilməsini, eləcə də kredit xəttinin açılmasını qadağan edib. Lent.az-ın məlumatına görə, bu barədə bakupost.az–a banklardan məlumat verilib. Qadağaya səbəb kimi, problemli kreditlərin məbləğinin sürətlə artması göstərilir. Bundan başqa, avtomobillərin kreditlə satışına da məhdudiyyət qoyulduğu bildirilir. Bank mütəxəssisləri deyir ki, son illər salonlardan kreditlə götürülən avtomobillərə görə ödənişlərdə ciddi problemlər yaranıb, buna görə də, Mərkəzi Bank avtomobillərin əsasən nağd şəkildə satılmasını və yaxud lizinq yolu ilə əldə edilməsini stimullaşdırmaq qərarına gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7402
avatar

Oxşar yazılar