Kişi bələdçilər nəyə etiraz etdilər?
10 yanvar 2014 12:51 (UTC +04:00)

Kişi bələdçilər nəyə etiraz etdilər?

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC-nin binası qarşısında etiraz etmək üçün toplaşanlar Bakı-Xarkov qatarında çalışmış kişi bələdçilərdir.


 

Bunu APA-ya açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov söyləyib.

 

N. Əzməmmədov bildirib ki, dünyanın hər yerində qatarlarda kişi bələdçilər qadınlarla əvəzlənirlər. Onun sözlərinə görə, Bakı-Xarkov qatarında da kişi bələdçilər qadınlarla əvəzlənir: “Ancaq onların işdən çıxarılması barədə məlumatlar həqiqəti əks etdirmir. Sadəcə, kişi bələdçilər yerli qatarlara göndərilirlər. Həm də Bakı-Xarkov qatarı ayda bir dəfə səfər edirsə, yerli qatarlar gündə gedir və buna görə yerli qatarlarda çalışacaq bələdçilərin də maaşları çox olacaq. Bu məsələ həmin bələdçilərin də nəzərinə çatdırılıb”.

 

Qeyd edək ki, bu gün Azərbaycandan MDB ölkələri istiqamətində hərəkət edən qatarların kişi bələdçiləri qadınlarla əvəzlənmələrinə etiraz əlaməti olaraq aksiya keçiriblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar