Kimya sənayesində istehsal 20 faiz artıb
21 dekabr 2013 21:07 (UTC +04:00)

Kimya sənayesində istehsal 20 faiz artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsulları, rezin və plastmas məmulatların istehsalı müəssisələri tərəfindən 244,3 mln. manatlıq məhsul istehsal edilib.


«APA-Economics»in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin 11 ayı ilə müqayisədə kimya sənayesində 19,9%, əczaçılıq məhsullarının istehsalında 14,9% artım, rezin və plastmas məmulatların istehsalında isə 6,7% azalma müşahidə olunub.

Əsas kimya məhsullarından izopropil spirtinin istehsalı 2,1 dəfə, polietilenin istehsalı 15,5%, lak-boya məmulatlarının istehsalı 28,6%, propilenin istehsalı isə 3,4% artıb.

Həmçinin, rezin və plastmas məmulatlarından polimer örtüklərin istehsalı 35,6%, məsaməli poliuretan lövhələrinin istehsalı 7,7% və polietilen boruların istehsalı 2,6% artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 765
avatar

Oxşar yazılar