Kənd Təsərrüfatı Nazirliyindən “Aqrolizinq” açıqlaması
14 iyun 2014 16:27 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyindən “Aqrolizinq” açıqlaması

0

Prezidentin müvafiq sərəncamına əsasən ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalını artırmaq və mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasını sürətləndirmək məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılıb. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Həmin vəsait hesabına Cəmiyyət tərəfindən xaricdən cins damazlıq heyvanlar gətirilərək məhsul istehsalçısı olan hüquqi və fiziki şəxslərə 50% güzəştli şərtlərlə lizinq qaydasında satılacaq.

Qaydalara uyğun olaraq güzəştli şərtlərlə cins damazlıq heyvanları satın almaq istəyən hüquqi və fiziki şəxslərdən ehtiyaclarına uyğun damazlıq heyvanlar almaq üçün istehsal istiqaməti, cinsi, sayı və baytarlıq tələbləri göstərilməklə sifariş vermələri xahiş olunur. Sifarişlər damazlıq heyvanların dəyərinin 10%-i ödənildikdən sonra Səhmdar Cəmiyyət tərəfindən qeydiyyata alınacaq.

Nazirlik satın alınacaq heyvanların yerində seçilməsində sifarişçilərin iştirak etməsində maraqlı olduğunu qeyd edib: “Sifarişçilərin arzularına uyğun olaraq seçim prosesində iştirakı təmin olunacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 988

Oxşar yazılar