2 İsveçrə şirkəti Azərbaycanda dərman istehsal etmək istəyir
10 mart 2016 15:32 (UTC +04:00)

2 İsveçrə şirkəti Azərbaycanda dərman istehsal etmək istəyir

Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclası keçirilib. Lent.az-ın İqtisadiyyat Nazirliyinin saytına istinadən məlumatına görə, birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi xanım Liviya Leunun rəhbərlik etdikləri iclasda hər iki ölkənin komissiyada təmsil olunan müvafiq qurumlarının rəsmiləri və tanınmış şirkətlərin nümayəndələri iştirak edib.

 

İclasda həmçinin, Azərbaycanda əczaçılıq məhsullarının istehsalının yaradılması müzakirə olunub. Qeyd edilib ki, İsveçrənin dünyada tanınmış "Novartis Pharma Services AG" və "Roche" şirkətləri Azərbaycanda dərman istehsalı sahəsində əməkdaşlıq imkanlarını araşdırılır. Bundan başqa, İsveçrə şirkətləri ilə tibbi avadanlıq istehsalı sahəsində müzakirələr aparılır.

 

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Oxşar yazılar