İqtisadiyyat və Sənaye Nazirliyinə 2 milyon manat ayrıldı
15 oktyabr 2014 19:30 (UTC +04:00)

İqtisadiyyat və Sənaye Nazirliyinə 2 milyon manat ayrıldı

Prezident İlham Əliyev Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın məlumatına görə, sərəncama əsasən, Bakı şəhəri ərazisində yerləşən Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühəndislik və layihələndirmə işlərinin görülməsi, gölün mühafizəsinin təşkili və ətraf mühitə təsirinin qiymətləndirilməsi sənədinin hazırlanması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan  İqtisadiyyat və Sənaye Nazirliyinə ilkin olaraq 2 milyon manat vəsait ayrılıb.


Maliyyə Nazirliyi nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 820
avatar

Oxşar yazılar