İqtisad Universitetində yeni layihə
29 oktyabr 2014 10:20 (UTC +04:00)

İqtisad Universitetində yeni layihə

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Sənaye ili” çərçivəsində “Sənaye və tələbə” adlı yeni layihənin icrasına başlanılıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə,  Universitetin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən layihədə 12 fakültənin komandası iştirak edir.

Hər komandada 5 nəfər təmsil olunur. Komandalar Azərbaycanın müxtəlif yönümlü sənaye sahələrini araşdıracaq və geniş təqdimat hazırlayacaqlar. Daha sonra tələbələr araşdırdıqları sahələrdə mövcud olan problemlərin həlli ilə bağlı layihə təqdim edəcəklər.

 

Dörd mərhələdən ibarət layihənin sonunda iştirakçılara sertifikat və mükafatlar təqdim ediləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar