Azərbaycan Hava Yolları (AZAL) Nyu-Yorka yeni reys açıb. Lent.az-ın məlumatına görə, jurnalistlərə açıqlamasında AZAL-ın sədr müavini Sabir İlyasov deyib ki, Bakıdan Nyu-Yorka birbaşa uçuş həyata keçirən ilk təyyarə bu gün səhər 6:00-da yola düşüb. Təyyarəmiz 11 saatlıq uçuşdan sonra saat 17:00 radələrində ABŞ-a enəcək.
İlk olaraq həftədə 2 uçuş nəzərdə tutulub. Cədvəldə isə hər həftə ABŞ-a 3 uçuşun həyata keçirilməsi nəzərdə tutulub. Bu gün reallaşan ilk səfərdə təyyarədə 30 sərnişin olub. Gələcəkdə sərnişinlərin sayının artacağı gözlənilir.