I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir
30 dekabr 2014 11:57 (UTC +04:00)

I Avropa Oyunları ilə əlaqədar Bakıda altı bağlantılı yol tikilir

0

 

2015-ci ildə Bakıda keçirilən Avropa Oyunları ilə əlaqədar olaraq nəqliyyat yol-kompleksi üzrə təsdiq edilmiş tədbirlər planına əsasən Bakı-Ələt yolunun 4-6 kilometrlik hissəsində bağlantı avtomobil yollarının tikinti işləri davam edir.


 

Bu barədə “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

 

“Altı bağlantılı yolun uzunluğu 5 711 metr təşkil edir. Onlardan dördü 4 hərəkət zolaqlı, biri 3 hərəkət zolaqlı, digəri isə 6 hərəkət zolaqlıdır. Eyni zamanda bağlantıların birində avtomobillərin park edilməsi üçün nəzərdə tutulub. Yolboyu kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyat keçidləri də tikilib”, - deyə P. Mürsəliyev qeyd edib.  

 

Qeyd edək ki, bağlantı yolları su oyunları keçiriləcək arenada nəqliyyat vasitələrinin rahat giriş-çıxışını təmin etmək məqsədilə tikilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar