Heydər Əsədov beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb
02 may 2014 18:30 (UTC +04:00)

Heydər Əsədov beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Azərbaycanda fəaliyyət göstərən beynəlxalq donor təşkilatların nümayəndələri ilə görüşüb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, görüşün məqsədi “Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin inkişafı strategiyası”nın layihəsinə dair beynəlxalq donor təşkilatların təqdim etdiyi ümumiləşdirilmiş rəyin müzakirəsi olub.

H. Əsədov aqrar sənayedə kompleks qiymətləndirmənin aparılmasını və gələcək istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyini bildirib.

 

Çıxış edən Avropa İttifaqı, FAO, Dünya Bankı, Oxfam, USAİD, İFC və SECO-nun nümayəndələri təqdim olunmuş sənədin bölmələri üzrə təhlillər apardıqlarını, aqrar-sənaye kompleksinin inkişafı strategiyası sənədinin daha da mükəmməlləşməsi üçün öz tövsiyələrini bildiriblər.

 

Nazir qeyd olunan tövsiyələri nəzərə almaqla sənədin yenidən işlənməsini, qısa zamanda bir daha müzakirə olunmasını nəzərə çatdırıb, öz məsləhət və tövsiyələrini verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 766

Oxşar yazılar